Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Modenis LLCProqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Web və mobil tətbiqlərin manual və avtomatlaşdırılmış testi;
  • Ödəmə sisteminə qoşulan xidmətlərin funksionallığının testi;
  • Yeni və mövcud məhsullar üçün test proseslərinin hazırlanıb tətbiq olunması;
  • Texniki işlərin sənədləşməsi;
  • Avtomatlaşdırılmış test skriptlərin hazırlanması və nəticələrin yoxlanması;
  • Ödənişlərdə yaranan problemlərin araşdırılması, qarşılarının alınması üçün tədbirlərin görülməsi;
  • Məhsulların analizi, keyfiyyətin yoxlanması və xətaların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Keyfiyyəti təmin edən göstəricilərin izlənilməsi.

Tələblər:

  • Ali təhsil
  • Alqoritmik və analitik düşünmə qabiliyyəti
  • Orta səviyyədə proqramlaşdırma bilikləri (C#, Java, Python dillərindən biri üzrə)
  • Təməl SQL bilikləri
  • REST, HTTP, API, XML, JSON anlayışlarına hakim olma
  • Task management sistemləri ilə tanışlıq (Trello/Jira)
  • Mobile Automation Testing anlayışı (Selenium, Appium)
  • Texniki səviyyədə ingilis dili biliyi

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə mütəxəssis” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı