Qısa məzmun
Modenis LLCProqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Web və mobil tətbiqlərin manual və avtomatlaşdırılmış testi;
- Ödəmə sisteminə qoşulan xidmətlərin funksionallığının testi;
- Yeni və mövcud məhsullar üçün test proseslərinin hazırlanıb tətbiq olunması;
- Texniki işlərin sənədləşməsi;
- Avtomatlaşdırılmış test skriptlərin hazırlanması və nəticələrin yoxlanması;
- Ödənişlərdə yaranan problemlərin araşdırılması, qarşılarının alınması üçün tədbirlərin görülməsi;
- Məhsulların analizi, keyfiyyətin yoxlanması və xətaların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Keyfiyyəti təmin edən göstəricilərin izlənilməsi.
Tələblər:
- Ali təhsil
- Alqoritmik və analitik düşünmə qabiliyyəti
- Orta səviyyədə proqramlaşdırma bilikləri (C#, Java, Python dillərindən biri üzrə)
- Təməl SQL bilikləri
- REST, HTTP, API, XML, JSON anlayışlarına hakim olma
- Task management sistemləri ilə tanışlıq (Trello/Jira)
- Mobile Automation Testing anlayışı (Selenium, Appium)
- Texniki səviyyədə ingilis dili biliyi
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə mütəxəssis” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...