Qısa məzmun
PASHA Bank Proqram təhlükəsizliyi və Müdaxilə testləri üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- Təhlükəsizlik prosesləri və sistemlərinin, zərərli proqramların, zəifliklərin analiz edilməsi;
- Müdaxilə testi və mənbə kodunun təhlükəsizlik yoxlamalarının səmərəli idarəedilməsi;
- İnsidentlərin idarəedilməsi və cavabı zamanı dəstək göstərilməsi;
- “DevSecOps” və kod yoxlanılmasına cavabdehlik;
- Müdaxilə testləri, fişinq, “red teaming” testlərinin aparılmasına cavabdehlik;
- Təhlükəsizlik tələbləri, təhdid modelləşdirmə və onun rəqəmsal məhsul və xidmətlərdə sənədləşməsinə cavabdehlik;
- Daxili işçilər və üçüncü tərəf təchizatçılar üçün təhlükəsizlik məlumatı təlimlərinin təmin olunmasına cavabdehlik;
- Məlumat sızmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
- Mütəmadi və lazım olduqda hesabatların hazırlanması;
- Daxili və xarici siyasət və proseslərlə uyğunluğun təmin edilməsinə cavabdehlik;
- Alətlərin tədqiqatı və hazırlanması;
- Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə cavabdehlik;
- Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal rəhbərin məlumatlandırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: İnformasiya Təhlükəsizliyi və ya digər əlaqəli sahə üzrə minimum 4 il
- Lisenziya / Sertifikat: OSCE, CEH, GIAC GPEN, eCPPT, ePWD, eWPT, eMAPT
- Xarici dillər: İngilis
- Kompüter bilikləri: Müdaxilə testləri üzrə dərin biliklərin olması, Coding (Java, JS), Web texnologiyaları, mobil müdaxilə test bilikləri
- Məhsul üzrə biliklər: Kali OS, Burp Suite, WireShark, Veracode, CheckMarx
- Bazar üzrə biliklər: Bankçılıq, ödəniş sistemləri
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Proqram təhlükəsizliyi və Müdaxilə testləri üzrə Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...