Proqram təminatı üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Proqram təminatı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

“Sumqayıt Texnologiyalar Parkı” MMC İnformasiya Texnologiyaları Departamentinin Proqram təminatı və idarəetmə sistemləri bölməsi üzrə mütəxəssis vakansiyası elan edir

2012-ci ildən etibarən bazarda STP MMC adı altında fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP MMC məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır.

Özünə və peşəkarlığına güvənən, proqram təminatı və idarəetmə sistemləri sahəsində təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ideal namizəd :

  • Ali təhsilli olması;
  • Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
  • JS ilə işləmə bacarığı;
  • C#, .Net proqramlaşdırma HTML5, CSS3, T-sql ilə işləmə bacarığı;
  • Öncədən yazılmış mövcud kodları təhlil etmək və onlarla işləmək bacarığı;
  • Git işləmə bacarığı.
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, İngilis dili arzu olunandır.
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
  • İşgüzar və məsuliyyətli olmalı
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.

Hansı işləri görəcəksiniz :

  • Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin etmək;
  • Yeni çıxan texnologiyaları araşdırmaq və tətbiqini həyata keçirmək;
  • Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirmək;
  • Hazır proqram təminatlarının imkanlarını araşdırmaq və kodlarda redaktələr etmək;
  • Texniki tapşırıqların və sənədlərin hazırlanmasında yaxından iştirak etmək;
  • Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrasını və proseslərin optimallaşdırılmasını həyata keçirmək;
  • Rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibi ilə məşğul olmaq;
  • Ona tapşırılmış avadanlığın, texnika və ofis ləvazimatının qorunmasını təmin etmək;
  • Proqramlarda rast gəlinən nasazlıqların aradan qaldırılmasında fəal iştirak etmək:

Nə əldə edəcəksiniz :

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Davamlı karyera imkanı;
  • Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı.

Əlavə məlumatlar :

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Proqram təminatı üzrə mütəxəssis” yazaraq, 05.03.2021- ci il tarixinədək cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı