Qısa məzmun
AzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali təhsili (İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr üzrə);
- MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi, CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;
- İngilis və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);
- AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;
- Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi təcrübəsi;
- Yüksək məsuliyyət, diqqət və detallara həssas yanaşma;
- Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə etmək bacarığı;
- İstifadəçi yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti.
Vzifə öhdəlikləri:
- Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə qəbul edilməsi və emalı;
- Proqram təminatı ilə bağlı yaranmış nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;
- İstifadəçilərə gündəlik proqram təminatından istifadə zamanı texniki dəstəyin göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə);
- Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ, prosedurlar, kömək materialları);
- Dəstək fəaliyyəti üzrə statistik məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;
- Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında aşkarlanması və ilkin tədbirlərin görülməsi.
İş şəraiti:
İş rejimi: Tam ştat
Əmək haqqı: 539 AZN
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsində “Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis” qeyd etməklə CV-ni cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-58-70 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiya siyahısı:
1200₼
Şəbəkə inzibatçısıAznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 800 ₼
Proqram Layihəsinə Dəstək üzrə MütəxəssisAzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...