Project Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azertelecom LLC Project Manager vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında

Şirkət: AzerTelecom
İş qrafiki: Standart
Son müraciət tarixi: 28.02.2021
İş yeri: Port Bakı Qüllələri
Müqavilə müddəti: Daimi

Sizin əsas vəzifə öhdəlikləriniz

  • Layihələrin vaxtında, tam həcmdə və büdcə daxilində icra olunmasını təmin etmək;
  • Müvafiq tərəfləri əhatə edən və texniki məqsədəuyğunluğu təmin edən layihə hədəflərini müəyyənləşdirmək;
  • Resursların mövcudluğunu və bölgüsünü təmin etmək;
  • Layihələr üzrə irəliləyişləri izləmək üçün detallı layihə planları hazırlamaq;
  • Layihənin iş və həcm çərçivəsi, layihə vaxt cədvəli və layihə xərclərindəki dəyişiklikləri müvafiq yoxlama metodlarından istifadə edərək idarə etmək;
  • Müvafiq alətlər və texnikalardan istifadə edərək layihə performansını ölçmək;
  • Layihələrin qüsursuz icrası üçün daxili resursları / üçüncü tərəfləri / təchizatçıları / dövlət qurumları ilə əlaqə qurmaq və işləri səlis koordinasiya etmək;
  • Layihə risklərini minimuma endirmək üçün riskləri səmərəli idarə etmək;
  • Layihə üzrə dolğun sənədləşməni yaratmaq və aparmaq;
  • Qısa və uzunmüddətli hədəflərin uğurla yerinə yetirilməsi üçün layihələrin performansını izləmək;
  • Büdcə hədəflərinə çatmaq və maliyyə təhlilinə əsaslanaraq layihə məhdudiyyətlərini aradan qaldırmaq;

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (layihənin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır);
  • Analoji sahədə azı 6 il iş təcrübəsi olmalı

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyi;
  • Scrum və Agile kimi layihələrin idarəetmə proseslərin biliyi;
  • Microsoft Office və PM sahəsi üzrə proqram təminatını peşəkar istifadəçi səviyyəsində bilmək;
  • Şirkətdaxili və partnyoryönümlü ünsiyyət qurma bacarığı;
  • Vaxtın səmərəli idarəolunması və hədələri təyin etmə bacarığı;
  • Stressə davamlılıq;
  • Yüksək analitik düşüncə bacarığı.

Müraciət etmək üçün

CV-nizi hr@azertelecom.az mail ünvanına göndərməyinizi xahiş edirik
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azertelecom.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Layihə Meneceri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı