Product Owner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ARIS şirkəti Product Owner vəzifəsi üzrə vakansiya elan edir.

Namizəddən tələb olunan bilik və bacarıqlar:

  • Ehtiyaclara uyğun məhsul yaradılmasına yönümlü təfəkkür və məhsula sahiblik;
  • İnkişaf etməkdə olan rəqəmsal tendensiyalar və onların imkanları barədə məlumatlılıq;
  • Agile və ya Dizayn Thinking üzrə biliklər;
  • Müştəri və biznes dəyərlərinə uyğun həllərin yaradılmasına yönümlülük;
  • Komandada işləmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Liderlik keyfiyyətləri;
  • Ünsiyyət bacarıqları;
  • Güclü analitik bacarıqları;
  • Yaradıcı təfəkkür;
  • İngilis dili/Rus dili (minimum biri mükəmməl səviyyədə)
  • 1 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT) (əlavə üstünlük/arzuolunandır)

Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər:

  • Müştəriyönümlü və biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etmək;
  • Məhsulun biznes göstəricilərinin monitorinqi və bununla bankın hədəflərinə uyğun nəticələrə nail olmaq;
  • Rəqəmsal məhsullar üzrə görüləcək işlərin prioritetini müəyyən etmək;
  • Məhsulun vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə aşılamaq;
  • Biznes tərəfdaşlar ilə mütəmadi anlaşma, gözləntilərin uyğunlaşdırılması üzrə müzakirələr aparmaq, prosesdə multifunksional məhsul komandasınının işində qabaqcıl rol oynamaq;
  • Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmək və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.

ARIS əməkdaşa nə təklif edir:

  • Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinin bağlanması, məzuniyyət hüququ;
  • Yüksək, şəffaf və illik indeksləşdirilən əmək haqqı;
  • Agile/Scrum kimi çevik metodologiyaların tətbiq edildiyi iş şəraiti;
  • Özünü reallaşdırmaq, peşəkar inkişaf və karyerada yüksəlmək imkanı;
  • Asudə vaxtlarda maraqlı teambuilding tədbirləri, korporativ tədbirlər və əyləncələr, kollektivlə təbiət qoynunda istirahət.

Əmək haqqı: 770 – 2300 AZN (Müsahibə zamanı namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq).

Namizədlərdən öz CV-lərini “Product Owner” başlığı altında elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı