Qısa məzmun
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
· Rəqiblərin məhsullarını, qiymət siyasətini və marketinq strategiyalarını təhlil etmək.
· Bazar təhlili/Müştəri ehtiyaclarını və bazar tendensiyalarını izləyərək yeni sığorta məhsullarının yaradılması və ya mövcudların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq.
· Bazarda boşluqları və yeni imkanları müəyyənləşdirmək.
· Məhsulun hədəf auditoriyasını müəyyənləşdirmək və seqmentasiya aparmaq.
· Məhsul mövqeləndirilməsi: Bazardakı rəqiblərlə müqayisədə sığorta məhsullarının üstünlüklərini önə çıxarmaq və düzgün mövqeləndirməni təmin etmək.
· Məhsulun bazarda hansı üstünlüklərlə təqdim olunacağını müəyyənləşdirmək
· Məhsulun tanıdılması üçün marketinq kampaniyaları planlaşdırmaq və həyata keçirmək.
· Yeni məhsulun bazara çıxarılması üçün (product launch) strategiyalar qurmaq.
· Satış nəticələrini təhlil etmək və məhsulun bazardakı performansını qiymətləndirmək.
· KPI-lərə əsasən məhsul marketinq kampaniyalarının uğurunu ölçmək (ROI, dönüşüm nisbətləri, bazar payı və s.).
· Məhsulun bazara çıxarılması, inkişaf mərhələsi, böyümə və olgunluq dövrləri üçün fərqli marketinq planları hazırlamaq.
· Məhsulun həyat dövrünə uyğun təkrar yerləşdirmə (repositioning) və ya yenidən markalaşma (rebranding) strategiyalarını hazırlamaq.
· Yeni sığorta məhsulları və sığorta proqramları işləyib hazırlamaq və tətbiq etmək.
· Satış dəstəyi: Satış komandası ilə koordinasiyalı işləyərək onların marketinq ehtiyaclarını vaxtında və keyfiyyətli təmin etmək.
Tələblər
· Marketinq sahəsində ən azı 4-5 il iş təcrübəsi (sığorta üzrə iş təcrübəsi olanlara üstünlük verilir)
· Ali təhsil (İqtisadiyyat, marketinq sahələri üzrə)
· Marketinqin əsas prinsiplərini yaxşı bilmək
· Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı olmalı
· İnkişafa meyilli, məsuliyyətli və yaradıcı olmalı
· Microsoft Office proqramlarını istifadə qaydalarını bilməli və təqdimat bacarıqları, layihələrin idarə edilməsi bacarığı olmalıdır.
· Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı
· Dil bilikləri: Azərbaycan (əla), Rus(əla) və İngilis dilləri
· Lisenziya/Sertifikat: marketinq, satış üzrə sertifikatı olan namizədlərə üstünlük verilir.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
LIBRAFF İctimaiyyətlə əlaqələr üzrə menecer (PR) vəzifəsi üzrə vakansiya elan edir. ...