Qısa məzmun
AzeriMed LLC Məhsul üzrə menecer (Product manager) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Yaş: 25-45;
- Tibb üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;
- Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;
- Komandada işləmə bacarığı;
- Peşəkar ünsiyyət qurma bacarığı;
- İnkişafa və öyrənməyə meyilli;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Analitik təfəkkür;
- İşində dəqiq və məsuliyyətli;
- Yüksək səviyyədə təqdimat bacarığı.
Vəzifə öhdəlikləri:
- Məhsulun satışının planlaşdırılması – bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;
- Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;
- Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;
- Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması
- Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;
- Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması.
İş şəraiti:
- Əmək haqqı: 1589-1764 AZN + Bonus sistemi mövcuddur.
- İş qrafiki: I-V günlər 09:00-18:00
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində ” Məhsul üzrə menecer “ qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-95-91 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiya siyahısı:
400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisiAzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Meneceri
BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...