Procurement Specialist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Ramco CJSC Procurement specialist vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmə bacarığı olmalıdır.

”RAMCO” QSC – in, başlıca məqsədi, ölkəmizdə və ölkə hüdudlarından kənarda, sənaye və mülki obyektlərin, müxtəlif təyinatlı yolların, tunellərin, hidrotexniki və meliorasiya qurğularının tikintisinin peşəkarcasına həyata keçirilməsidir. Şirkətin hədəfi, idarəetmədə aşağıdakı prinsipləri rəhbər tutaraq, daima təkmilləşmək və tikinti sektorunda Respublikamızın öndə gələn Şirkətlərindən birinə çevrilməkdir. Həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda bir çox layihələrə imza atmış şirkətimiz daima innovativ tikinti layihələrini həyata keçirməkdə iddialıdır. Şirkətimizin missiyası əldə edilmiş təcrübənin və professional resursların sistematik inteqrasiyasindan istifadə edərək, istənilən mürəkkəblikdə tikinti işlərinin tam həcimdə yerinə yetirilməsidir.

Vəzifə: Xarici satınalma üzrə mütəxəssis (Procurement Specialist)

Əsas vəzifə öhdəlikləri:

  • Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
  • Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
  • Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender və təklif sorğularının keçirilməsinin təşkil edilməsi,
  • sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması.
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
  • Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
  • Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
  • Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
  • Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Struktur daxili müfaviq hesabatların hazırlanması.

Namizədə dair tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi (tikinti sahəsində təcrübəsi olan namizədə üstünlük veriləcək)
  • Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı qabiliyyəti (rus dili arzuolunandır);
  • Microsoft ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
  • Bazarı təhlil etmək bacarığı;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

İş şərtləri:

  • Bazar ertəsi – Cümə: 8:30 – 17:30, Şənbə : 10.00 – 16.0
  • Ünvan: Yasamal ray., Mətbuat pr. 28/30
  • Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir
  • Korporativ nömrə

Maraqlanan namizədlər mövzu yerində “Procurement specialist” yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı