Qısa məzmun
TuranBank ASC Problemli kreditlərlə iş departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Bank sektorunda problemli kreditlərlə iş sahəsində minimum 7 il iş təcrübəsi;
- Məhkəmə və icra qurumları ilə işləmə sahəsində əhəmiyyətli təcrübəyə malik olma;
- Stress altında işləmə bacarığı;
- Ünsiyyət qruma və problem həll etmə bacarığı;
- Hesabat vermə və yüksək dərəcədə təhlil etmə bacarığı;
- Kollektivdə işləmə və liderlik bacarığı;
- Məsuliyətlilik, diqqətlilik;
Vəzifə öhdəlikləri:
- Departamentin qarşısında duran vəzifələrin səmərəli həyata keçirilməsini təşkil etmək;
- Problemli kreditlərin aktiv yığımı istiqamətində yığım planlarını müəyyənləşdirmək, portfelin işçilər arasında ədalətli bölgüsünü aparmaq;
- Yığım planlarının icrasına gündəlik, aylıq formada nəzarət etmək;
- Əhəmiyyətli hesab olunan problemli kredit müştəriləri ilə birbaşa görüşləri təşkil etmək;
- Problemli kredit müştərilərinə (borcalan, zamin, girovqoyan) vizitlərin həyata keçirilməsini planlı şəkildə idarə etmək;
- Məhkəmə və icra qurumları ilə işin təşkilini həyata keçirmək, onlarla görüşlər təşkil etmək, probelmlərin həlli istiqamətində əməli təkliflər vermək;
- İşçilərin (aktiv yığım, icra, məhkəmə) gündəlik iş fəaliyyətini nəzarətdə saxlamaq;
- Problemli kreditlərin təhlilini apararaq zərurət yarandığı halda onların sağlamlaşdırılması (restruktrizasiya, prolonqasiya və sair), keyfiyyətinin yaxşılaşdırılması
- tiqamətində təkliflərlə çıxış etmək;
- Problemli kreditlərin yaranma səbəbini araşdıraraq hesabat formasında rəhbərliyi məlumatlandırmaq;
- Bankın borc əvəzinə balansa götürdüyü əmlaklarla işin təşkilini (mülkiyyətə götürmə, monitorinq, elan vermə, satılma) həyata keçirmək;
- Rəhbərliyin tapşırıqları və departamentin əsasnaməsində göstərilən digər işləri həyata keçirmək;
Anketlərinizi chagayev@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “PKİD-direktor” yazmağı unutmayın.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...