Problemli Kreditlər üzrə Mütəxəssis (Regionlar üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC bölgələrdə yerləşən filialları üçün Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC bölgələrdə yerləşən filialları üçün Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Problemli kreditlərin yığılması istiqamətində kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə əlaqədar təkliflərin verilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Kredit sahəsində ən azı 2 (iki) il və ya Problemli kreditlərin yığılması sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  •  Borcalanlar ilə effektiv danışıqlar və stressli hallarda işləmək bacarığı;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Etibarlı sürücülük vəsiqəsi və şəxsi nəqliyyat vasitəsi;
  • VÖEN;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası.

İş şəraiti:

  • İş yeri: Bakı (əhatə dairəsi-Bakı, Sumqayıt), Ağdaş (əhatə dairəsi-Ağdaş, Bərdə, Göyçay, İsmayıllı, Qəbələ, Mingəçevir, Yevlax, Tərtər, Ucar), Cəlilabad (əhatə dairəsi-Cəlilabad, Biləsuvar, Masallı, Lənkəran, Astara, Lerik), Quba (əhatə dairəsi-Quba, Qusar, Xaçmaz), Gəncə (əhatə dairəsi-Gəncə, Goranboy, Tovuz, Qazax, Ağstafa, Şəmkir), Zaqatala (əhatə dairəsi-Zaqatala, Balakən, Qax, Şəki, Oğuz) regionları üzrə;
  • iş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
  • Xidmət müqaviləsi üzrə rəsmiləşdirilmə;
  • Danışıq xərcləri və iş görüşmələri zamanı nəqliyyat xərcləri ilə təmin edilmə;
  • Xidmət haqqı yığımdan asılı olaraq 500-2000 azn.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor – müvafiq region) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Maliyyə meneceri

AZDIZAYN GROUP Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı