Qısa məzmun
Texno Plus Electronics Problemli kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- Gecikmədə olan kredit sənədlərinin təhlil olunması
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi
- Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması
- Problemli kredit portfellərinə nəzarət edilməsi, Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması və kredit ödənişlərinin həyata keçirilməsinin təmini.
- Rəhbərliyin verdiyi bütün tapşırıqların vaxtında və yüksək səviyyədə həll edilməsi;
- Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərilməsi;
- Kredit portfelinin idarə edilməsi və intensiv monitorinq
Namizədə tələblər:
- Tələb ərazi -Bakı şəh. Qara Qarayev pr 102A
- Yaş həddi 25 – 40;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dilini bilmək arzu olunandır);
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası;
- Effektiv danışıq bacarıqları.
- Kreditləşmə,problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1-il iş stajının olması
Əmək haqqı – 500 -600 AZN
Maraqlananlar şəkilli CV-lərini mövzu yerinə Problemli kredit mütəxəssisi qeyd edərək göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...