PPC reklam üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontakt Home PPC reklam üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Mükəmməl problem həll etmə və kommunikasiya bacarıqları olmalıdır.

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: PPC reklam üzrə mütəxəssis

Təsvir:

  • Pullu axtarış strategiyalarını effektiv planlaşdırmaq və formalaşdırmaq;
  • Fərqli PPC kampaniyalarının idarə və optimizasiya edilməsi;
  • Rəhbərlik üçün hesabatların və analizlərin hazırlanması;
  • CTR faizini maksimum dərəcədə artırmaq üçün cəlbedici, yaradıcı və düzgün reklam mətnləri hazırlanması;
  • Display və dinamik alış-veriş reklamları yaratmaq;
  • Sayta keyfiyyətli traffik çəkəcək böyük açar söz siyahıları hazırlanması, mənfi açar sözləri tapılması və kampaniyaların açar sözlərə görə optimizasiyanın aparılması;
  • Hədəf auditoriyaların müəyyənləşdirilməsi, mövcud və yeni yaradılacaq kampaniyalara görə effektiv hədəfləmələrin aparılması və optimizasiyası;
  • E-ticarət əməliyyatlarının sayını artırmaq üçün keyfiyyətli remarketing kampaniyaları hazırlamaq və daimi olaraq optimizasiya etmək;
  • ROI artırmaq üçün büdcəni ayarlamaq və biddinglər üzrə daimi yaxşılaşdırmalar etmək;
  • Performansı qiymətləndirmək və problemləri dəqiq müəyyən etmək üçün KPI-lar hazırlamaq və mövcud KPI-ları izləmək;
  • Keyfiyyət balını (Quality Score) artırmaq üçün açılış səhifələri yaratmaq və optimallaşdırmaq;
  • Cihazlar, yerləşmə kanalları, tətbiqetmələr və s. üzrə düzgün planlama etmək və reklam effektivliyini artırmaq;
  • Conversion Rate-i optimallaşdırmaq üçün effektiv A / B testləri hazırlamaq və tətbiq etmək.

Tələblər:

  • PPC Meneceri və ya Rəqəmsal Marketinq Mütəxəssisi kimi 1 ildən artıq iş təcrübəsi;
  • Davamlı inkişafa meyilli olmaq;
  • Mükəmməl problem həll etmə və kommunikasiya bacarıqları;
  • Tapşırıqların dəqiq və vaxtında icra edə bilmək;
  • Möcvud kanallar üzrə olan layihələrə cavabdehlik;
  • Məlumatların təhlili və hesabatların hazırlanmasında yüksək təcrübə;
  • Axtarış mühərriklərində istifadəçilərin davranış tərzlərini anlamaq və ona uyğun optimizasiyalar apara bilmək;
  • Şirkət resurslarından səmərəli istifadə etmək;
  • Google Ads və Google Analytics hesabat interfeysi ilə tanışlıq;
  • Analitik alətlər haqqında yüksək bilik: məs. Google Analytics, Data Studio və s.;
  • Display Networks-dan düzgün istifadə, YouTube Ads təcrübəsi;
  • HTML və XML strukturları barədə anlayışların olması üstünlükdür.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Razılaşma yolu ilə

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/knpza6kg

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı