Kredit Risklərin İdarəedilməsi şöbəsinin Təhlil və Portfel Risklərinin İdarə edilməsi Qrupu Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Kredit Risklərin İdarəedilməsi şöbəsinin Təhlil və Portfel Risklərinin İdarə edilməsi Qrupu Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Portfelin müəyyən edilmiş risk indikatorları, məhsul, sektor və digər göstəricilər üzrə müxtəlif prizmalardan təhlillərin edilməsi, baş verəcək mümkün risklərin stress test, ssenari təhlilləri və sensitivlik təhlilləri üzərindən qiymətləndirilməsi və bankın kapitalının dayanıqlığının təmin edilməsi üçün təkliflər və fəaliyyət planlarının hazırlanması; (Vintaj, Roll-Rate/Migrasiyası, Reyting transitionlar, Credit VaR və s.)
  • Bankın əsas risk göstəricilərinin izlənməsi və portfelin idarə edilməsini risk iştahası çərçivəsinə uyğunluğu təmin etməklə kommunikasiyaların qurulması və Bankın risk iştahasına uyğun gəlməyən risklərin müəyyənləşdirilməsi və fəaliyyət planlarının hazırlanması;
  • Risk məlumatlarının və müvafiq strukturlar üzrə bankın kredit risk statusunun bölüşülməsi;
  • Müştərilərin maliyyə məlumatları əsasında sektoral təhlillərin yerinə yetirilməsi. Müştərilərin likvidliyinin, ödəmə qabiliyyətinin və maksimal yarana biləcək kredit itkilərinin müəyyənləşdirilməsi üçün makroiqtisadi, geosiyasi və digər tematik fərziyyələr üzərindən stress testlərin yerinə yetirilməsi;
  • Risk Büdcələşməsi çərçivəsində bankın sektorlar və məhsullar üzrə NPL üzrə gözləntilərin formalaşdırılması;
  • Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi;
  • Kredit portfelinin təhlili üzrə fəaliyyət planlarının icrasının monitorinqi, risk trendlərinin aşkar olunması və lazımi düzəlişlərin məsləhət verilməsi;
  • Güclü requlyator mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və məsləhətlərin verilməsi;
  • Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların mentorluğu;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən azı 2 il iş təcrübəsi;
  • Lisenziya / Sertifikat: FRM, CFA, ACCA arzu olunandır;
  • Xarici dillər: İngilis dili (səlis), Rus Dili (Arzuolunan);
  • Kompüter bilikləri: Microsoft Office, Python/R Studio, Microsoft Power BI;
  • Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər tələb edilir;
  • Bazar üzrə biliklər: Bank məhsulları üzrə biliklər tələb edilir;
  • Digər bacarıqlar: : Mərkəzi Bakın müvafiq Qaydaları ilə tanışlıq.

https://qlor.me/lub6het3bm

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

22.08.2025 - Lənkəran

Mühasib

Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

20.08.2025 - Şəmkir

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

19.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı