Qısa məzmun
Ə/h razılaşma yolu ilə. YapiKredi Bank Plastik Kartların Mühasibatlığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə olan tələblər :
- Ali təhsil (iqtisadi təhsili olması daha məqsədə uyğundur);
- Mükəmməl Azərbaycan dili, İngilis dili
- MS Office proqramında işləyə bilmək bacarığı, xüsusən yaxşı Excel bilikləri
Əsas iş funksiyaları:
- Yerli qanunvericilik tələblərinə və bank daxili qaydalara uyğun tələb olunan hesabatları hazırlamaq və təqdim etmək;
- Müxabirləşmə zamanı istifadə olunan hesabların qalıqlarına nəzarət etmək;
- Alternativ xidmət kanalları vasitəsi ilə həyata keçirilən hesablaşmaların yoxlanılması;
- Beynəlxalq ödəniş sistemləri/Banklar arası kart mərkəzinin qaydalarını izləmək və həmin qaydalara əsasən proseslərin həyata keçirilməsini təmin etmək;
- Beynəlxalq ödəniş sistemləri standartlarına uyğun bank ilə ödəniş sistemləri arasında müxabirləşmənin və hesablaşmanın həyata keçirilməsi;
- Ödəniş kartlarına dair layihələrin həyata keçirilməsi zamanı sistem infrastrukturuna uyğun tələbləri müəyyən etmək eyni zamanda st nəticələrinin doğru şəkildə reallaşmasını təmin etmək;
- Filiallardan və aidiyyatı bölümlərdən daxil olan istək və müraciətlərini yüksək səviyyədə yerinə yetirmək.
CV-lərinizi hr@yapikredi.com.az ünvanına göndərmənizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...