Qısa məzmun
Ziraat Bank Azərbaycan ASC Plastik kartlar üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
- Kompüter bilikləri (MS Office, Internet);
- Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
- Müştəri silinmələrinə görə banklarla mübahisəli məsələlərin araşdırılması;
- Chargeback prosedurlarının icrası (BKM, Visa, Mastercard);
- Gündəlik “Issuing” ve “Acquiring” üzrə Risk Monitorinq prosesinin aparılması;
- Baş vermiş əməliyyatların nəticəsi olaraq gündəlik klirinqin aparılması, müxbir hesablar üzrə müxabirləşmələrin aparılması, hesablara nəzarət;
- Gündəlik əsasda Prosessinq Mərkəzindən daxil olan gündəlik əməliyyat fayllarının qəbul edilməsi, balans faylının göndərilməsi;
- Ekvayrinq işçisi işdə olmadığı təqdirdə POS sənədləşmə işlərinin aparılması, “POS reversal/refund” prosedurlarının icrası və bu əməliyyatlarla bağlı ticarət obyektlərinə dəstək göstərilməsi, ATM inkassasiya öncəsi və sonrası sənədlərin/hesabların yoxlanılması;
- Visa, Mastercard və Prosessinq Mərkəzi ilə birlikdə layihələrin aparılması – yeni xidmət/funksional və ya mövcud funksionalın icrası.
Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Plastik kartlar” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...