Qısa məzmun
Ə/h 700-1000 AZN. Veliev Group Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Şirkətdə planlaşdırma işini təşkil etməlidir.
İş barədə məlumat:
- VELİEV MMC Plastik qapı və pəncərə profilləri istehsal edən şirkət olaraq fəaliyyət göstərir
- İş qrafiki həftəlik 6 gün olaraq, 8 saatlıq iş rejimi tətbiq olunur,
- İstehsalatda fəaliyyət göstərən işçilərin daşınması üçün servis xidmət göstərir
- Şirkətdə strateji iqtisadi planlaşdırma üzrə işləri yerinə yetirir
- Şirkətin istehsal-təsərrüfat və sosial inkişafının perspektiv və illik planlaşdırılması üçün ilkin məlumatları hazırlayır
- Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq planlaşdırmanı həyata keçirir
- Planlaşdırmanın nəticələrini struktur vahidlərinin nəzərinə çatdırır
- Planın müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nəticəsində səbəb olmuş dəyişiklikləri vaxtında edir
- Öz səlahiyyətləri həddində firma və təşkilatlarla əməkdaşlığı təşkil edir
- Şirkəti maraqlandıran firma və təşkilatlar haqqında məlumat yığır və təhlil edir
- Gündəlik işin nəticələrini təhlil edir
- Satışın stimullaşdırılması sahəsində mütərəqqi təcrübəni öyrənir və ümumiləşdirir
- İdxal olunan malların həftəlik satış intensivliyinə görə sifarişlərin hazırlanması
- istehsalat üçün günlük, həftəli, aylıq planların hazırlanması
Namizədə tələblər:
- Ali təhsil (Sənayevə Mühəndis İqtisadiyyatı üzrə arzuolunandır),
- Kompyuter proqramlarında sərbəst işləmək bacarığı, Microsoft Office Proqramları mütləqdir
- Analitik düşünmə bacarığı
- Şirkətdə planlaşdırma işinin təşkili
- Biznes-plan və raportların hazırlanma qaydalarını bilməli
- Malın maya dəyərinin, maddi və əmək xərclərinin, topdansatış və pərakəndə qiymətlərinin müəyyən edilməsi qaydalarını
- Şirkətin və onun törəmə müəssisələrinin fəaliyyətinin istehsal-təsərrüfat göstəricilərinin analizi metodlarını
- Hesabatların tərtib edilməsi qaydalarını və s
- İngilis dili bilənlərə üstünlük veriləcək