Qısa məzmun
A+Co ASC Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil
- Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
- İstehsalat və ya qida sahəsində məlumatlı olmalı
- Microsoft Office proqramlarını bilməli;
Vəzifə öhdəlikləri:
- İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsi;
- Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanın həyata keçirilməsi və gərəkli sifarişlərin sistem üzərində sifariş edilməsinin təmin edilməsi;
- Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasının təmin edilməsi;
- Hazır məhsul, xammal və material qalıqlarının yetərli olmasına nəzarət olunması;
- İstehsal vəziyyətinin, xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizinin tərtib edilməsi;
- Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatların hazırlanıb təqdim edilməsi.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Planlama üzrə mütəxəssis” yazaraq e-mail göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Məhsul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Anbar işçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...