Qısa məzmun
VELİEV MMC Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəlikləri:
- Təchizat və istehsalat tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanın həyata keçirilməsi;
- Xammal və material hissələrinin təslim və məhsulların satış planına uyğun olaraq sifarişlərin formalaşmasının təmin edilməsi;
- Hazır məhsul, xammal və material qalıqlarına istehsal və satış planı əsasında nəzarət olunması;
- Tələb və istehsalın aylıq plan və fakt analizinin tərtib edilməsi;
- Planlamanın effektivliyini təmin etmək və risklərin aradan qaldırılması məqsədilə daima müvafiq təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Açılmış tələb və sifarişlərin qarşılanma səviyyəsinə nəzarət edilməsi;
- Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanıb təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Microsoft Office əla səviyyə;
- Azərbaycan və ingilis dilləri;
- İstehsalat sahəsində müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi;
- Material tələbat planlaması (MRP);
- Yüksək ünsiyyət və davranış bacarığı;
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Təqdimat və təsiretmə bacarığı;
- Analitik və təhliletmə bacarığı;
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 Fevral tarixinədək emailin mövzu hissəsində “Planlama üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
350₼
“Azərpambıq ASK” MMC-nin Goranboy filialında texnikAzərpambıq ASK" MMC-nin Goranboy filialında texnik üzrə vakansiya elan edilir. ...
Biləsuvar PİEZ filialında aqronom ( pambıqçılıq üzrə)
AzərPambıq ASK MMC Biləsuvar PİEZ filialında aqronom ( pambıqçılıq üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
SƏTƏM üzrə kiçik mütəxəssis
Mars Overseas BakuSƏTƏM üzrə kiçik mütəxəssis (Şəmkir) vəzifəsi üzrə vakansiya elan edir. ...