Planlama üzrə mütəxəssis
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A+Co ASC Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil
  • Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
  • İstehsalat və ya qida sahəsində məlumatlı olmalı
  • Microsoft Office proqramlarını bilməli;

Vəzifə öhdəlikləri:

  • İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsi;
  • Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanın həyata keçirilməsi və gərəkli sifarişlərin sistem üzərində sifariş edilməsinin təmin edilməsi;
  • Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasının təmin edilməsi;
  • Hazır məhsul, xammal və material qalıqlarının yetərli olmasına nəzarət olunması;
  • İstehsal vəziyyətinin, xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizinin tərtib edilməsi;
  • Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatların hazırlanıb təqdim edilməsi.

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar Şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Planlama üzrə mütəxəssis” yazaraq e-mail göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı