Qısa məzmun
Ricon MMC Planlama mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Dürüst və analitik düşünmə bacarığı, çevik, təşəbbüskar olmalıdır.
Namizədə dair tələblər:
- İnşaat Mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
- İnşaat sahəsi əsasən sənaye və mülki binaların tikintisində minimum 3-5 il iş təcrübəsi;
- MS project və Primavera proqramlarında işləməyi və Layihə planlanmasını bilməlidir
- Layihə üzrə işlərin planlanması;
- Planın qeydiyyat sənədləşdirilməsini;
- Tikinti quraşdırma işlərinin iqdisadi analiz metodlarını;
- Müxtəlif növ planların hazırlanma üsullarını
- Dürüst və analitik düşünmə bacarığı, çevik, təşəbbüskar olmalıdır;
Vəzifə öhdəlikləri:
- Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
- Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması
- Xüsusi proqram vasitəsi ilə iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlanması.
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
- Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik, aylıq iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Lahiyə Rəhbərinə ötürülməsi