Planlama mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kristal Abşeron MTK Planlama mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan Rus dillərini bilməlidir.

Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Tələblər:

  • Dil bilikləri: Azərbaycan dili ( Rus,İngilis dili proqramlar və inşaat terminləri üzrə bilməli üst səviyyə olaraq isə arzuolunandır)
  • Ali təhsil; (İnşaat və ya layihə idarəetməsi üzrə)
  • Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
  • MS Office,Autocad, MS Project ( İş Sürətinin yavaş davam etməməsi üçün hər bir proqramda qısa yollara kifayət qədər hakim olmalı )
  • Primavera bilməsi üstünlükdür
  • Ən az bir layihə bitirməli, layihənin əvvəlindən sonuna bütün inşaat prosedurlarına bələd olması tələbdir

Vəzifələr:

  • Layihə üzrə görülən işlərin günlük və həftəlik planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Baş Layihə Rəhbərinə ötürülməsi;
  • Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project proqramına daxil edilməsi və yenilənməsi;
  • Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq; Həmçinin materialların sifariş planları və gecikmələrinə nəzarətin edilməsi;
  • Görülən işlərə dəyən ziyanın müəyyən edilməsi və tələbnamənin hazırlanması;
  • İnşaat üzrə texnoloji ardıcıllıqlar və iş adamsaat normativlərini bilməli;
  • Problem həll etmə, analitik düşünmə qabiliyyəti, işgüzar ünsiyyət bacarığı;

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını hr@kristalabsheron.az email ünvanına mövzu hissəsində “Planlama mühəndisi” şəklində qeyd edərək göndərməyiniz xahiş olunur.

Yalnız seçim tələblərinə uyğun olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan