Qısa məzmun
Azerconnect LLC Planlama, Hesabatlar və Nəzarət üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında
Şirkət: Azerconnect
İdarə: Müştəri Xidmətləri və Rəqəmsal Xidmətlər
Bölmə: Planlama, Hesabatlar və Nəzarət
İş qrafiki: Standart
Son müraciət tarixi: 05.03.2021
İş müddəti: Daimi
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Gündəlik daxil olan müraciət və sorğuların cavablandırılması;
- Daxil olan sorğuların idarə olunması, prioritetləri müəyyən edərək hesabatların dəqiq və vaxtında təqdim olunmasını təmin etmək;
- Əlaqə mərkəzinin işçiləri üçün iş cədvəlinin tərtib edilməsi;
- İdarə daxili işçilərin illik məzuniyyətlərinin planlaşdırılması.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Məlumat bazaları ilə işləmə bacarığı
- Telekomunikasiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Azərbaycan (səlis), Rus (əla) və İngilis (orta) dillərini bilmək;
- Riyazi düşüncə tərzi;
- Komanda işi, etibarlılıq, ünsiyyətçil;
- Qərar vermə, məsuliyyət, yaradıcı düşünmə, dəqiqlik;
- Microsoft Office proqramları;
- Vaxtı idarə etmək.
Müraciət etmək üçün
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Planlaşdırma, Hesabatlar və Nəzarət üzrə kiçik mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.