Photographer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Photographer vəzifəsi üzrə vakansiya elan edir. Retuş və fotoqrafiya üzrə müvafiq sertifikatlar olmalıdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Fotoqraf tələb olunur.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu foto çəkilişlər etmək və məhsulların fotolarını retuş üçün təqdim etməkdir.

Vəzifə öhdəlikləri:

  • Foto çəkilişlər üçün bütün lazımi avadanlıqları quraşdırır (arxa plan, işıqlar və s.)
  • Məhsulların foto çəkilişlərini aparır
  • Foto çəkilişləri brend qaydaları və standartlara uyğun hazırlanmasını təmin edir
  • Foto retuşorları düzgün formatlı fotolar ilə təmin edir
  • Məhsul barkodlarını skan edir və qovluqlarda düzgün şəkildə yerləşdirir
  • Peşəkar avadanlıqlara nəzarət edir və nasazlıqlara bağlı hesabat verir

Əsas tələblər:

  • Təhsil:
  • Fotoqraf kimi hər hansısa kvalifikasiya arzuolunandır
  • Təcrübə:
  • Foto çəkilişlər layihəsində ən azı 2 illik təcrübə
  • Moda sahəsində təcrübə üstünlükdür
  • Foto çəkilişlərinə görünüşlərin formalaşdırılması təcrübəsi
  • Fotostudiya avadanlığı ilə işləmə təcrübəsi (işıqlandırma avadanlığı və arxa planın tənzimlənməsi)
  • Professional Biliklər:
  • Foto çəkiliş prosesi üzrə güclü biliklər
  • Azərbaycan dilini mükəmməl bilmək, Rus dili arzuolunandır
  • Microsoft Office Proqramları üzrə ilkin biliklər
  • Professional Bacarıq və Kompetensiyalar:
  • Proaktivlik
  • Detal və nəticə yönümlülük
  • Yaradıcılıq
  • Zamanın düzgün idarə olunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Photographer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...