Qısa məzmun
Sinteks Group of Companies Photo Retoucher vəzifəsi üzrə vakansiya elan edir. Retuş və fotoqrafiya üzrə müvafiq sertifikatlar olmalıdır.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Foto Retuşer tələb olunur.
İşin rolu
- Bu rol məhsulların şəkillərini retuş işlərinin aparılmasına və veb səhifələrə dərc edilməsinə cavabdehdir.
Vəzifə öhdəlikləri:
- Məhsulların şəkillərini markaların və e-mağazaların qaydalarına uyğun olaraq redaktə etmək
- Elektron mağazalara məhsulların şəkillərini əlavə etmək
- Məhsulların şəkillərinin ölçülərini ölçü cədvəlinə uyğun olaraq düzəltmək
- Əlavə edilmiş məhsulların şəkillərini nəzərdən keçirmək
Əsas tələblər:
- Təhsil:
- İncəsənət/Dizayn/Fotoqrafiya/Pərakəndə Satış sahəsi üzrə Bakalavr dərəcəsi arzuolunadır
- Retuş və fotoqrafiya üzrə müvafiq sertifikatlar
- Təcrübə:
- Foto retuş işləri üzrə 1-2 illik iş təcrübəsi
- Retuşer rolunda Pərakəndə Satış sektorunda təcrübə arzuolunadır
- Professional biliklər:
- Azərbaycan dilini mükəmməl, İnglis və Rus dillərini üst orta səviyyədə bilmək
- Photoshop və Adobe Creative Suite üzrə mükəmməl biliklər
- Foto retuş alətləri üzrə mükəmməl biliklər
- Microsoft Office proqramlarını bilmək
- Professional bacarıqlar və kompetensiyalar:
- Yaradıcılıq
- Nəticəyönümlülük
- Vaxtın idarə edilməsi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Foto Retuşer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...