Pərakəndə və Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq bank Pərakəndə və Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Tranformasiya Ofisi Pərakəndə və Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • Pərakəndə və Rəqəmsal bankçılıq üzrə strateji təşəbbüslərin həyata keçirilməsi məqsədilə müvafiq struktur bölmələrə koordinasiya, təcrübə, ideya və məzmün dəstəyi vermək;
    Təşəbbüslərin həyata keçirilməsi zamanı üzə çıxan baryerləri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
  • Zərurət olduqda, müəyyən təşəbbüslərin həyata keçirilməsi məqsədilə məsləhətçilərin dəvət edilməsini təmin etmək;
  • Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi müvafiq struktur bölmələri ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
  • Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, təşəbbüslərə sahiblik edən və dəstəkləyici struktur bölmələrindən onların icrasına mane olan səbəblər, həmin səbəblərin aradan qaldırılması istiqamətində planlaşdırılan və atılmış addımlar barədə məlumat almaq;
  • Transformasiya proqramının Pərakəndə və Rəqəmsal bankçılıq istiqaməti üzrə ümumi inkişaf gedişatına dair hesabatlar hazırlamaq və kommunikasiyasını həyata keçirmək

Bizim üçün ideal namizəd:

  • İqtisadiyyat və bənzər istiqamət üzrə ali təhsili olan;
  • Məhsulların yaradılması, Satışlar və ya Elektron bankçılıq istiqaməti üzrə ən azı 3 il iş təcrübəsi olan;
  • İngilis və Rus dillərində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları olan;
  • Yüksək motivasiya və əla kommunikasiya bacarıqları olan;
  • Yüksək səviyyədə MS Office proqramlarında işləmə bacarığı olan bir şəxsdir

Axtardığımız namizəd Sizsinizsə, CV-nizi cv_transformationoffice@ibar.az elektron ünvanına   göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “TO Pərakəndə və Rəqəmsal Bankçılıq üzrə baş mütəxəssis”)

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

 

Oxşar vakansiya siyahısı:

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

04.11.2024 - Bakı

Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert

“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...

Rabitabank OJSC

01.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

30.10.2024 - Bakı

Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı)

Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...

Bank Respublika ASC

30.10.2024 - Bakı

Daxili Nəzarət şöbəsinin Baş Mütəxəssisi

PASHA Bank Daxili Nəzarət şöbəsinin Baş Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. % ...

PASHA Bank

22.10.2024 - Bakı

Aparıcı mühasib (vergi, satış və gömrük əməliyyatları üzrə)

Gala Group Aparıcı mühasib (vergi, satış və gömrük əməliyyatları üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

Gala Group

22.10.2024 - Bakı

Analitika və biznes proseslərinə nəzarət üzrə mütəxəssis

Atəşgah Sığorta Şirkəti Analitika və biznes proseslərinə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Atəşgah Sığorta Şirkəti

22.10.2024 - Bakı

Baş Mühasib

Elmanado MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

ELMANADO MMC

21.10.2024 - Bakı

Mühasib köməkçisi

Abacus Audit And Consulting Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

16.10.2024 - Bakı

Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

11.10.2024 - Bakı

Baş mühasib

Coffeemania Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Coffeemania

09.10.2024 - Bakı

Baş mühasib

Hacıqabul Quşçuluq şirkəti Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Hacıqabul Quşçuluq şirkəti.

08.10.2024 - Hacıqabul