Pərakəndə satış üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Nar Pərakəndə satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında:

Funksiya: B2C satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 18.08.22

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Diler və Miks mağazalarında üçün nəzərdə tutulan materialların çeşidinə,ehtiyatına,xarici və daxili görünüşünə  nəzarət etmək
  • Əvvəlcədən təyin olunmuş marşrut üzrə hər bir BD,Miks,A-miks satış məntəqəsini yoxlamaq
  • Hər diler mağazası üçün Nar məhsularının satışına uyğun minimal mal ehtiyatı müəyyənləşdirmək və satış məntəqələrində mal mövcudluğunun həmin saydan aşağı düşməməsinə dair nəzarət etmək
  • Satış prosedurlarına (Diler Satış Məntəqələrində) nəzarət və onları  inkişaf etdirmək
  • Diler,Miks, A-mix mağazalara Nar məhsullarının kampaniya və ya daimi şəkildə birbaşa satışını təşkil etmək (Mağazaların daim daxili standartlara uyğun fəaliyyətini təmin etmək)
  • Nəzarət etdiyi hər satış nöqtəsində məhsulların sayı və təyin edilmiş hədəflərin yerinə yetirilməsi və keyfiyyətli satışına nəzarət etmək
  • Təkim olunmuş ərazidə olan Brend Diler satış nöqtələri üçün təyin olunmuş aylıq hədəfləri haqqında dilerləri vaxtında məlumatlandırmaq və hər bir mağazanın hədəfinə çatmasına nəzarət etmək
  • Diler,Miks, A-mix Mağazaları üçün nəzərdə tutulan POSM (reklam materialları) paylanmasını, yerləşdirilməsıni, dükanın vitrinlərinin səliqəli vəziyyətə salınmasını, bitmiş aksiyaların POSM-larını dükandan çıxarılmasını və yenilərlə əvəz edilməsini təmin etmək
  • Azerfon (Nar) işıqlı küçə reklam banerinin və digər reklam materiallarının xarici görünüşünə nəzarət etmək
  • Distribyutor tərəfindən yeni mağazalar Mix, A-mix kimi təklif olunan  satış nöqtələrinə baxış, qəbul və təhvil-təslim aktlarını hazırlamaq, bağlı mağazalar haqqında məlumatı təqdim etmək
  • Yeni satış məntəqələrini axtarmaq, biznes plana uyğun olaraq öz bölgəsi üzrə kanalları inkişaf etdirmək
  • Yeni diler satış məntəqələrində təmir prosesinə nəzarət və nəticələr haqqında məlumat vermək
  • Azərfon Şirkəti tərəfindən təqdim olunan məhsul, mal və xidmətlər barədə daimi məlumatlı olmaq
  • Geyim Kodeksinə riayət etmək / Əmək İntizamına Riayət etmək
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişləri və mövcud şirkət daxili qaydaları icra etmək
  • Görülən işləri prosedur və təlimatlara uyğun görmək
  • Şirkətə aid məlumatın məxfiliyini qorumaq
  • Password-ları gizli saxlamaq
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq aylıq hesabatlar  hazırlamaq və satışların təkmilləşdirilməsi üçün  təkliflər vermək
  • Mövcud sistemləri təkmilləşdirmək
  • Rəqib şirkətlərin bazar fəaliyyətinə nəzarət və buna dair məlumatı birbaşa rəhbərə çatdırmaq
  • Şəbəkə çətinlikləri haqqında sahədən məlumatları toplayaraq lazımı şöbələri məlumatlandırmaq və müsbət nəticələr olmadıqda üst rəhbərliyə raportlar vermək
  • Təyin edilmiş pərakəndə satış hədəflərindən asılı olaraq şirkətin ərazi üzrə bazar payına nəzarət etmək
  • Yeni nömrələrin hesabına minimal məbləğlərin ödənilməsinə nəzarət və həftəlik raportları izləmək
  • Yeni təsislərdən olan ARPU nu artırmaq
  • Satış prosedurlarına ( Diler Satış Məntəqələrində) nəzarət və onları  inkişaf etdirmək
  • Dükanların daimi və problemsiz fəaliyyətini təmin etmək
  • Diler dükanlarında yaranan hər hansı problem və ya şikayəti həll etmək
  • Diler satış məntəqələri siyahısını hazırlamaq və mütəmadi olaraq yeniləmək
  • Satış Məntəqələrinə dair sənədlərin toplanılmasına və təhvil verilməsinə nazarət etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Humanitar və ya İqtisadi sahədə ali təhsil
  • 2-3 il satış ilə bağlı  sahədə iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Bütövlük
  • Müştəri yönümlülük
  • Komanda işi və əməkdaşlıq
  • Nəticə yönümlülük
  • Davamlı təkmilləşmə
  • ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
  • Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək
  • MS Office programlarını yaxşı bilmək(Excell, Word)

Müraciət etmək üçün:

CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

600 — 900 ₼
Satış Mütəxəssisi

Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Çinici

02.05.2024 - Bakı

Bölgə Müdiri

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

1500 — 2000 ₼
Satış təmsilçisi

CMT Group MMC Satış təmsilçisi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

22.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

22.04.2024 - Bakı

500 — 700 ₼
Satıcı Məsləhətçi

Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

400₼
İnzibati işlər üzrə administrator

Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Satıcı(bəy)

SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

17.04.2024 - Xaçmaz

Satış məsləhətçisi

KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...

Kepro

08.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

02.04.2024 - Bakı