Qısa məzmun
Nar Pərakəndə satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında:
Funksiya: B2C satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 18.08.22
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Diler və Miks mağazalarında üçün nəzərdə tutulan materialların çeşidinə,ehtiyatına,xarici və daxili görünüşünə nəzarət etmək
- Əvvəlcədən təyin olunmuş marşrut üzrə hər bir BD,Miks,A-miks satış məntəqəsini yoxlamaq
- Hər diler mağazası üçün Nar məhsularının satışına uyğun minimal mal ehtiyatı müəyyənləşdirmək və satış məntəqələrində mal mövcudluğunun həmin saydan aşağı düşməməsinə dair nəzarət etmək
- Satış prosedurlarına (Diler Satış Məntəqələrində) nəzarət və onları inkişaf etdirmək
- Diler,Miks, A-mix mağazalara Nar məhsullarının kampaniya və ya daimi şəkildə birbaşa satışını təşkil etmək (Mağazaların daim daxili standartlara uyğun fəaliyyətini təmin etmək)
- Nəzarət etdiyi hər satış nöqtəsində məhsulların sayı və təyin edilmiş hədəflərin yerinə yetirilməsi və keyfiyyətli satışına nəzarət etmək
- Təkim olunmuş ərazidə olan Brend Diler satış nöqtələri üçün təyin olunmuş aylıq hədəfləri haqqında dilerləri vaxtında məlumatlandırmaq və hər bir mağazanın hədəfinə çatmasına nəzarət etmək
- Diler,Miks, A-mix Mağazaları üçün nəzərdə tutulan POSM (reklam materialları) paylanmasını, yerləşdirilməsıni, dükanın vitrinlərinin səliqəli vəziyyətə salınmasını, bitmiş aksiyaların POSM-larını dükandan çıxarılmasını və yenilərlə əvəz edilməsini təmin etmək
- Azerfon (Nar) işıqlı küçə reklam banerinin və digər reklam materiallarının xarici görünüşünə nəzarət etmək
- Distribyutor tərəfindən yeni mağazalar Mix, A-mix kimi təklif olunan satış nöqtələrinə baxış, qəbul və təhvil-təslim aktlarını hazırlamaq, bağlı mağazalar haqqında məlumatı təqdim etmək
- Yeni satış məntəqələrini axtarmaq, biznes plana uyğun olaraq öz bölgəsi üzrə kanalları inkişaf etdirmək
- Yeni diler satış məntəqələrində təmir prosesinə nəzarət və nəticələr haqqında məlumat vermək
- Azərfon Şirkəti tərəfindən təqdim olunan məhsul, mal və xidmətlər barədə daimi məlumatlı olmaq
- Geyim Kodeksinə riayət etmək / Əmək İntizamına Riayət etmək
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişləri və mövcud şirkət daxili qaydaları icra etmək
- Görülən işləri prosedur və təlimatlara uyğun görmək
- Şirkətə aid məlumatın məxfiliyini qorumaq
- Password-ları gizli saxlamaq
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq aylıq hesabatlar hazırlamaq və satışların təkmilləşdirilməsi üçün təkliflər vermək
- Mövcud sistemləri təkmilləşdirmək
- Rəqib şirkətlərin bazar fəaliyyətinə nəzarət və buna dair məlumatı birbaşa rəhbərə çatdırmaq
- Şəbəkə çətinlikləri haqqında sahədən məlumatları toplayaraq lazımı şöbələri məlumatlandırmaq və müsbət nəticələr olmadıqda üst rəhbərliyə raportlar vermək
- Təyin edilmiş pərakəndə satış hədəflərindən asılı olaraq şirkətin ərazi üzrə bazar payına nəzarət etmək
- Yeni nömrələrin hesabına minimal məbləğlərin ödənilməsinə nəzarət və həftəlik raportları izləmək
- Yeni təsislərdən olan ARPU nu artırmaq
- Satış prosedurlarına ( Diler Satış Məntəqələrində) nəzarət və onları inkişaf etdirmək
- Dükanların daimi və problemsiz fəaliyyətini təmin etmək
- Diler dükanlarında yaranan hər hansı problem və ya şikayəti həll etmək
- Diler satış məntəqələri siyahısını hazırlamaq və mütəmadi olaraq yeniləmək
- Satış Məntəqələrinə dair sənədlərin toplanılmasına və təhvil verilməsinə nazarət etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Humanitar və ya İqtisadi sahədə ali təhsil
- 2-3 il satış ilə bağlı sahədə iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Bütövlük
- Müştəri yönümlülük
- Komanda işi və əməkdaşlıq
- Nəticə yönümlülük
- Davamlı təkmilləşmə
- ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
- Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək
- MS Office programlarını yaxşı bilmək(Excell, Word)
Müraciət etmək üçün:
CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...