Qısa məzmun
Nar Pərakəndə satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında:
Funksiya: B2C Satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 30.06.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Fəaliyyət göstərdiyi ərazilərdə satış məntəqələrinin materiallarının çeşidinə, ehtiyatına, xarici və daxili görünüşünə nəzarət etmək;
- Müntəzəm olaraq ona həvalə olunmuş satış nöqtələrini ziyarət etmək, yaranmış çatışmazlıqları aradan qaldırmaq və satış nöqtələrindəki konsepsiyanın şirkətin tələblərinə uyğunluğunu təmin etmək;
- Yeni satış kanallarını axtarmaq, mövcud satış kanallarını inkişaf etdirmək;
- Şirkət və partnyorlar arasında əlaqələrin daima yüksək səviyyədə təşkil etmək və düzgün informasiya mübadiləsini təmin etmək;
- İş prosesi zamanı yaranmış və ya potensial problemləri dərhal analiz edərək yerindəcə həllini təşkil etmək və bu barədə rəhbərliyə məlumat vermək;
- Rəhbərlik tərəfindən həvalə olunmuş bütün tapşırıqları və təyin olunmuş hədəflər vaxtı vaxtında yerinə yetirmək;
- Tələb edilən gündəlik, həftəlik, aylıq və rüblük hesabatları tərtib etmək.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil;
- Pərakəndə satış və ya merçendayzinq sahəsində ən azı 2-3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Əsaslı təhlil aparma qabiliyyəti
- Detallara diqqət yetirmə qabiliyyəti
- Qərar qəbul etmə bacarığı
- Danışıqlar apara bilmək qabiliyyəti
- Nəticə yönümlü
- Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dili biliyi
- MS Office Proqramlarını bilmək
- ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün:
CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Absheron Satış üzrə auditor vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Atəşgah sığota Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...