Qısa məzmun
Avromed Company Pərakəndə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə Öhdəli̇kləri̇:
Satış və aptek əməliyyatlarının effektiv idarə edilməsi:
- Müəyyən edilmiş KPI-lara uyğun olaraq satış hədəflərinin təmin edilməsi;
- Satış və aptek işçilərinin effektiv idarə edilməsi;
- Aptekin bütün maliyyə göstəricilərinə nəzarət və aptekdə P&L-nin optimallaşdırılması;
- Aptekin maddi və mal ehtiyatlarına, habelə avadanlıqların istismarına nəzarət;
- Aptekə kadrların işə qəbulunda iştirak, müsahibələr və aptek komandasının uğurlu işinə uyğunlaşma prosesində dəstək;
- Şirkət tərəfindən qəbul edilmiş standartlara və Xidmət Standartlarına uyğun olaraq apteklərdə işçilərin işinin idarə edilməsinə nəzarət;
- Aptek işçilərinin motivasiya proqramının idarə edilməsi və mükafatların hesablanması;
- Rəqiblərin təhlili və öz apteklərinin işini optimallaşdırmaq üçün təkliflər.
Yeni satış nöqtələrinin açılması
- Müəyyən edilmiş meyarlara uyğun olaraq yerin seçilməsi;
- İşçilər üçün ştat cədvəlinin və çeşid matrisinin hazırlanması;
- Mebelin təmiri və quraşdırılması prosesində layihə komandasına köməklik göstərmək;
- Mebelin təmiri və quraşdırılması başa çatdıqdan və istismara tam hazır olduqdan sonra layihə qrupundan çıxışın qəbulu;
- Lisenziyanın alınmasının təmin edilməsi.
Tələblər:
- Ali / orta texniki əczaçılıq təhsili;
- Merchandising bilikləri;
- “İstehsal, Əczaçılıq Qaydaları” (lisenziya almaq meyarları) biliyi;
- MS Office proqramından sərbəst istifadə;
- FMCG seqmentində əczaçılıq və ya bir neçə pərakəndə satış məntəqəsində satışın idarə edilməsi təcrübəsi;
- Diqqət və məsuliyyət, nəticə üçün çalışmaq;
- Komandada işləmə bacarığı.
Təkli̇fi̇mi̇z:
- Rəqabətli əmək haqqı;
- Müvafiq sahədə peşəkar inkişaf;
- Səmimi və professional komandada çalışmaq, birlikdə ən yaxşı nəticələr əldə etmək.
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Pərakəndə satış müdiri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...