Qısa məzmun
Bank Respublika ASC Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Azadlıq filialı) vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
 - Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
 - Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
 - Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
 - Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
 - Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
 - Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
 - Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
 
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
 - İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
 - Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili bilənlərə üstünlük verilir, İngilis dili biliyi arzuolunandır;
 - MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
 - Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
 - Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
 - Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
 - Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03 iyun 2022-ci il tarixinədək email-in mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Azadlıq) qeyd etməklə HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...