Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Əmək haqqı hesablamaları üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Əmək haqqı hesablamaları üzrə mühasib tələb olunur.
Vəzifənin rolu
Bu vəzifənin rolu işçilərin aylıq əmək haqlarını və mükafatlarını hesablamaqdır.
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarını, mükafatlarını, məzuniyyət haqlarını, xəstəlik vərəqələri və son haqq-hesab ödənişlərini hesablayır
- Əmək haqqı üzrə hesablamaların mühasibat proqramında uçotunu aparır
- Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır
Əsas tələblər:
- Təhsil:
- Maliyyə, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi sahəsi üzrə Ali təhsil
- Təcrübə:
- Maliyyə və Mühasibat sahəsində 2 ildən çox iş təcrübəsi
- Əmək haqqı və mükafatların hesablanması üzrə ən azı 1 il təcrübə
- Professional biliklər:
- Mühasibat uçotu
- Vergi Məcəlləsi və Əmək Məcəlləsi (Əmək haqqı ilə əlaqəli)
- MS Office
- Professional bacarıqlar və kompetensiyalar:
- Zamanın idarəolunması
- Detallara diqqət
- Analitik düşüncə
- Ünsiyyət bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əmək haqqı hesablamaları üzrə mühasib” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...