Qısa məzmun
Fokus Optika MMC Optik təmsilçi vəzifəsi üzrə vakansiya elan edir. Satış prinsipləri və texnikaları üzrə biliklər tələb olunur.
Vəzifə öhdəlikləri:
- Müştərinin qarşılanması, sifariş qaydaları haqqında məlumatlandırmaq;
- Çərçivələrin seçimində müştəriyə köməklik göstərmək;
- Müştəri sorğularını cavablandırmaq;
- Digər məhsullar haqqında müştəriyə məlumat vermək;
- Ehtiyac yaranarsa müştərini Optik ustaya yönləndirmək;
- Vitrinlərin səliqəli və təmiz olması üçün mütəmadi gözdən keçirmək;
- Sifarişlər barəsində ustanı məlumatlandırmaq;
- Rəhbərlik və ya məsul şəxsin verdiyi digər tapşırıqları icra etmək.
Namizədə tələblər:
- Təhsil-Orta təhsil (Ali təhsil üstünlükdür)
- Yaş həddi: 25-40
- Təcrübə-1 ilə qədər
- Dil bilikləri-Azərbaycan dili əla səviyyədə,Rus dili-yaxşı səviyyədə,İngilis dili arzuolunandır
- Satış prinsipləri və texnikaları üzrə biliklər
- Davranış etiketi qaydaları üzrə biliklər
- Effektiv ünsiyyət, intizamlılıq, dürüstlük, stressə davamlılıq və təqdimetmə bacarığı
İş şəraiti:
- Əmək haqqı: Razılaşma əsasında;
- İş qrafiki: Həftənin 6 günü;
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə.
Qeyd: İlkin müsahibədən seçilən namizədlər peşəkar təlimlərdən sonra işlə təmin olunacaqlar.
Müraciət etmək istəyən namizədlərdən öz şəkilli CV-lərini mövzu yerində “Optik təmsilçi” yazaraq vacancy@focusoptika.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...