Qısa məzmun
Focus Optika Optik təmsilçi vəzifəsi üzrə vakansiya elan edir. Davranış etiketi qaydaları üzrə biliklər olmalıdır.
Vakansiya Bakı, Sumqayıt, Şəmkir və Gəncə ərazisindəki filiallar üzrə aktivdir.
Vəzifə öhdəlikləri:
- Müştərinin qarşılanması, sifariş qaydaları haqqında məlumatlandırmaq;
- Çərçivələrin seçimində müştəriyə köməklik göstərmək;
- Müştəri sorğularını cavablandırmaq;
- Digər məhsullar haqqında müştəriyə məlumat vermək;
- Ehtiyac yaranarsa müştərini Optik ustaya yönləndirmək;
- Vitrinlərin səliqəli və təmiz olması üçün mütəmadi gözdən keçirmək;
- Sifarişlər barəsində ustanı məlumatlandırmaq;
- Rəhbərlik və ya məsul şəxsin verdiyi digər tapşırıqları icra etmək.
Vəzifə tələbləri:
- Təhsil-Orta təhsil (Ali təhsil üstünlükdür);
- Yaş həddi: 25-40;
- Dil bilikləri-Azərbaycan dili səlis (Rus və İngilis dilləri arzuolunandır);
- Davranış etiketi qaydaları üzrə biliklər;
- Effektiv ünsiyyət, pozitivlik və təqdimetmə bacarığı.
İş şəraiti:
- Əmək haqqı: Razılaşma əsasında;
- İş qrafiki: Həftənin 6 günü;
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə.
Qeyd: İlkin müsahibədən seçilən namizədlər peşəkar təlimlərdən sonra işlə təmin olunacaqlar.
Müraciət etmək istəyən namizədlərdən öz şəkilli CV-lərini mövzu yerində “Optik təmsilçi” yazaraq vacancy@focusoptika.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...
Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans, ...
Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...