Operator-Qeydiyyatçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 450 AZN. PITS LLC Operator-Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. İş tam rəsmidir və müqavilə əsasında olacaq.

Vəzifə və Öhdəliklər:

  • Müştərilər tərəfindən təqdim edilən qurğuları prosedura uyğun olaraq qeydiyyata almaq;
  • Daxil olan zənglərə cavab vermək, texniki sualları prosedura uyğun cavablandırmaq;
  • Sənədləri vaxtaşırı çeşidləmək və qaydada saxlamaq;
  • Yeniliklərlə bağlı müştəriləri məlumatlandırmaq;
  • Telefon zəngi hesabatlarını hazırlamaq;
  • Sorğuları sistemə daxil etmək, yenilənən məlumatları daima izləmək;
  • Mühəndislərlə müştərilər arasında daim yenilənən məlumat mübadiləsini təmin etməkdə köməklik göstərmək;
  • İnternet üzərindən olunan sifarişlərin izlənilməsi;
  • Sorğuların, qeydiyyatların və şikayətlərin statistikasını aparmaq;

Bilik/Bacarıqlar/Gözləntilər:

  • Uyğun sahə üzrə azı 1 illik təcrübənin olması;
  • İnformasiya texnologiyaları üzrə bilikləri əldə etməyə həvəskar birinin olması;
  • Masaüstü və noutbuk kompüterlərlə, smartfonlarla rahat işləmək;
  • Windows əməliyyat sistemində sərbəst işləmə bacarığı;
  • MS Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst səviyyədə işləmə bacarığı;
  • İşçi müştərilərlə ünsiyyət quracaq birinci şəxs olduğu üçün gərgin mühitdə çevik davrana bilmək bacarığı mütləqdir. Müştərilərlə işləmək bacarığının olması olduqca əhəmiyyətlidir;
  • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
  • Rus dilində sərbəst ünsiyyət qura bilmə bacarığı;
  • Komanda daxilində işləyə bilmə, işləri müstəqil koordinasiya edə bilmək;
  • İnsanlarla rahat ünsiyyət qurmaq bacarığı;
  • İş saatları: 09:00-18:00
  • İş günləri: Bazar ertəsi – Cümə
  • İş rejimi: Tam ştat
  • Əmək haqqı: 450AZN
  • İş tam rəsmidir və müqavilə əsasında olacaq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər.
Uyğun tələblər üzrə iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Operator-Qeydiyyatçı” qeyd etməyiniz xahiş olunur. Digər mövzulu məktublar diqqət xaricində qala bilər. Namizədlərdən xahiş olunur ki, CV göndərən zaman şirkətin şəhər kənarında olduğunu nəzərə alsınlar.
Əlaqə nömrəsi: +994 12 310 33 66

Oxşar vakansiya siyahısı:

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı

Zəng mərkəzinin operatoru

Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

FoxExpress

27.03.2024 - Bakı