Qısa məzmun
Ə/h 450 AZN. PITS LLC Operator-Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. İş tam rəsmidir və müqavilə əsasında olacaq.
Vəzifə və Öhdəliklər:
- Müştərilər tərəfindən təqdim edilən qurğuları prosedura uyğun olaraq qeydiyyata almaq;
- Daxil olan zənglərə cavab vermək, texniki sualları prosedura uyğun cavablandırmaq;
- Sənədləri vaxtaşırı çeşidləmək və qaydada saxlamaq;
- Yeniliklərlə bağlı müştəriləri məlumatlandırmaq;
- Telefon zəngi hesabatlarını hazırlamaq;
- Sorğuları sistemə daxil etmək, yenilənən məlumatları daima izləmək;
- Mühəndislərlə müştərilər arasında daim yenilənən məlumat mübadiləsini təmin etməkdə köməklik göstərmək;
- İnternet üzərindən olunan sifarişlərin izlənilməsi;
- Sorğuların, qeydiyyatların və şikayətlərin statistikasını aparmaq;
Bilik/Bacarıqlar/Gözləntilər:
- Uyğun sahə üzrə azı 1 illik təcrübənin olması;
- İnformasiya texnologiyaları üzrə bilikləri əldə etməyə həvəskar birinin olması;
- Masaüstü və noutbuk kompüterlərlə, smartfonlarla rahat işləmək;
- Windows əməliyyat sistemində sərbəst işləmə bacarığı;
- MS Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst səviyyədə işləmə bacarığı;
- İşçi müştərilərlə ünsiyyət quracaq birinci şəxs olduğu üçün gərgin mühitdə çevik davrana bilmək bacarığı mütləqdir. Müştərilərlə işləmək bacarığının olması olduqca əhəmiyyətlidir;
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
- Rus dilində sərbəst ünsiyyət qura bilmə bacarığı;
- Komanda daxilində işləyə bilmə, işləri müstəqil koordinasiya edə bilmək;
- İnsanlarla rahat ünsiyyət qurmaq bacarığı;
- İş saatları: 09:00-18:00
- İş günləri: Bazar ertəsi – Cümə
- İş rejimi: Tam ştat
- Əmək haqqı: 450AZN
- İş tam rəsmidir və müqavilə əsasında olacaq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər.
Uyğun tələblər üzrə iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Operator-Qeydiyyatçı” qeyd etməyiniz xahiş olunur. Digər mövzulu məktublar diqqət xaricində qala bilər. Namizədlərdən xahiş olunur ki, CV göndərən zaman şirkətin şəhər kənarında olduğunu nəzərə alsınlar.
Əlaqə nömrəsi: +994 12 310 33 66
Oxşar vakansiya siyahısı:
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Təcrübə Proqramı elan edir. ...
AccessBank Mikro və Aqro müştərilər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Mingəçevir filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...