Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bioderma Online Konsultant və satışçı vəzifəsi üzrə vakansiya elan edir. Sadəcə qadın namizədlərin CV ləri diqqətə alınacaq
Online Konsultant və satışçı / Sosial şəbəkələrin idarə edilməsi
Xəzinəmed LLC olaraq dünyaca məşhur Bioderma , Institut Esthederm, Propia, Etat Pure markalarının online satışını/SMM vəzifəsini yerinə yetirəcək mütəxəssis əməkdaş axtarışındayıq
Şirkətin sosial media səhifələrinin idarə edilməsi və satışlarının həyata keçirilməsi.
Vəzifə və öhdəliklər:
- Sosial media hesabları və platformaları (Facebook, Instagram ) ilə aktiv işləmək,
- Gündəlik kreativ, orijinal və yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək,
- Müştərilərin ehtiyacına uyğun məhsul məsləhəti vermək və müştəri məmnuniyyəti qazanmaq,
- Müştərilərdən gələn sifarişləri müvafiq şöbəyə yönləndirmək və müştərilərin sifarişlərinin çatdırılmasına nəzarət etmək,
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontenti (mətn) hazırlamaq və ya seçmək,
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq,
- Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək,
- Sosial şəbəkələrdə pullu reklam, aksiya və kampaniyaları idarə etmək,
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq,
- Gündəlik ofisə gəlmək tələb edilmir, ev şəraitində işləmək mümkündür.
Tələblər:
- Kosmetika satışı və konsultasiya üzrə təcrübə,
- Sosial media sahəsində biliklər və ən azı 2 il iş təcrübəsi,
- Azərbaycan və Rus dilini mükəmməl səviyyədə bilmək,
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı,
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı,
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik,
- Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı,
- Analitik düşünmə bacarığı, Sosial mediada maksimal satış əldə etmək üçün foto və ya video seçmək bacarığı,
- Eyni vaxtda bir neçə layihəni məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı,
- Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti,
Qeyd: Şirkət tərəfindən müvafiq təlimlər verildikdən sonra işə başlanılacaq.
Sadəcə qadın namizədlərin CV ləri diqqətə alınacaq.
Əmək haqqı : Satışlardan bonus və Fix maaş(Üz-üzə danışıqlara əsasən qərar veriləcəkdir)
Vakansiya ilə maraqlanan namizədlər CV –ni aynur@bioderma-az.com elektron ünvanının mövzu bölməsində qeyd etməklə müraciət edə bilərlər
Oxşar vakansiya siyahısı:
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...