Onlayn Operator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Homme Satış Onlayn Operator vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dili arzuolunandır.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.

Vəzifənin rolu:

Bu vəzifənin rolu satışları artırmaq, onlayn satış üzrə sifarişləri vaxtlı-vaxtında qəbul etmək və hazırlamaqdır.

Vəzifə öhdəlikləri:

  • Sifarişləri e-ticarət bazasında qeydə almaq, çatdırılma və digər əlaqədar məlumatları dəqiqləşdirir
  • Müştərilərin əlavə tələbatlarını müəyyən edir
  • Sistemdəki sifarişləri icra edir və müvafiq olaraq gündəlik hesabat hazırlayır
  • Saytdan sifarişləri qəbul etmək və onların yığılması, qablaşdırılması və sürücülərə/kuryerlərə ötürülməsi prosesini təşkil edir
  • Paket kuryer tərəfindən müştərilərə çatdırılanadək onların sifarişlərinin icrasına nəzarət edir
  • Qaytarılan malı və onun qəbzini həmin malın alındığı vəziyyətdə müvafiq şöbəyə təhvil verir
  • Şöbələrdən qüsurlu mallar haqqında məlumat toplayır və onların onlayn mağazadan çıxarılmasını təmin edir
  • Kuryerlərdən ödənişləri toplayır və onları gün sonunadək baş kassirə təhvil verir
  • Şirkət tərəfindən hazırlanmış aylıq satış planını icra edir
  • Şöbə daxilində işləyərkən şirkətin peşəkar satış üsullarını öyrənir və onlardan səmərəli istifadə edir
  • Satış prosesində şirkətin standartlarına və təlimatlarına uyğun xidmət göstərir
  • İş prosesində şirkətin peşəkar satış texnikalarından səmərəli istifadə edir
  • Müştəriyə əlavə mal satmağın nə demək olduğunu, “dəst” satış anlayışını tətbiq edir və həyata keçirir
  • İş qrafikinə və şirkətin nizam-intizam qaydalarına riayət edir

Əsas tələblər:

Təhsil:

  • Bakalavr diplomu olanlara üstünlük verilir

Təcrübə:

  • Pərakəndə satış sahəsində minimum 1 il təcrübə

Professional biliklər:

  • Mağazalarda olan brend və məhsullar haqqında məlumatlılıq
  • Səlis rus dili; ingilis dili arzuolunandır
  • MS Office proqramları   

Professional bacarıq və kompetensiyalar:

  • Danışıq bacarıqları
  • Problem həlletmə bacarıqları
  • Təşkilati bacarıqlar
  • Nəticə yönümlülük
  • Vaxtın idarə edilməsi
  • Stresə dözümlülük
  • Aktiv dinləmə
  • Adaptasiya

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Onlayn Operator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

600 — 900 ₼
Satış Mütəxəssisi

Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Çinici

02.05.2024 - Bakı

Bölgə Müdiri

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

1500 — 2000 ₼
Satış təmsilçisi

CMT Group MMC Satış təmsilçisi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

22.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

22.04.2024 - Bakı

500 — 700 ₼
Satıcı Məsləhətçi

Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

400₼
İnzibati işlər üzrə administrator

Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Satıcı(bəy)

SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

17.04.2024 - Xaçmaz

Satış məsləhətçisi

KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...

Kepro

08.04.2024 - Bakı