Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerconnect LLC Ön Ofislərin idarə olunması üzrə bölmə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında
- İdarə: B2C Kommersiya
İş müddəti: Daimi
İş qrafiki: Standart
Son müraciət tarixi: 29.12.2020
Sizin əsas vəzifə öhdəlikləriniz
- Bütün Ön Ofislərdə müştəri yönümlü xidməti təmin etmək
- Müştəri rəyləri və dəyərləndirmələr əsasında xidmət səviyyəsini və səmərəliliyi mütəmadi olaraq inkişaf etdirmək
- Ön Ofislərdə müvafiq prosedur və təlimatlara əsasən yüksək səviyyəli müştəri təcrübəsini təmin etmək
- Ön Ofis hədəflərinin şirkət strategiyasına və hədəflərinə uyğunluğunu tənzimləmək
- Müvafiq fəaliyyətlərlə bağlı hesabatlar hazırlamaq
- İş prosesi və komandanın performansına nəzarət etmək
- İşçilərin inkişaf sahələrinə uyğun olaraq fərdi inkişaf planı hazırlanmasına dəstək vermək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Ön Ofislərin idarə olunması üzrə ən azı 5 il iş təcrübəsi
- Partnyorlarla işləmə təcrübəsi üstünlük hesab olunur
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Liderlik və komanda idarə etmə bacarığı
- Müştəri yönümlü
- Biznes anlayışı
- Nəticəyönümlü
- Analitika qabiliyyəti
- Ünsiyyət qurma bacarığı
- Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
- Microsoft Office proqramlarını mükəmməl bilmək
Müraciət etmək üçün
CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Ön Ofislərin idarə olunması üzrə bölmə rəhbəri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.