Ofisiant
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MOGAN Hotel Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. Əmək haqqı razılaşma yolu ilə olmalıdır.

Əsas Öhdəliklər :

  • İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq.
  • İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
  • Qonaqların yemək və içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
  • İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
  • Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
  • Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək. Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
  • Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
  • Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
  • İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
  • Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq.

Tələblər :

  • Təhsil: Bakalavr
  • Dil bilikləri: Rus-yaxşı, İngilis-yaxşı
  • Restoran və mehmanxana səhəsində 1-3 il təcrübə
  • Yaş: 18-35

Əlavə məlumat:

  • AR Əmək məcəlləsinə uyğun olaraq işə qəbul
  • Növbəli iş qrafiki 6/1.
  • Əmək haqqı razılaşma yolu ilə.

    Maraqlanan namizədlər, mövzu yerində “Ofisiant” yazaraq, öz CV-lərində gözlənilən əmək haqqını qeyd edərək, recruitment@moganhotels.com e-poçt ünvanına göndərsinlər

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...