Qısa məzmun
Midtown Hotel Baku Ofisiant vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartlarına, iaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına uyğun olaraq təqdim etmək
- İaşə şöbəsinin menyusunda olan içkilər haqqında məlumatlı olmaq
- İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək
- Qonaqların içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq
- İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək
- İçkiləri müəyyən edilmiş standartlara uyğun olaraq təqdim etmək
- Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq
- Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək
- Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda çeviklik nümayiş etdirmək
- Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq
- Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və uyğun olduqda digər brend standartlarının da icra olunmasını təmin etmək
Namizədə tələblər:
- Təhsil : Natamam ali
- İş təcrübəsi : 1 ildən – 3 ilə qədər
- Yaş : 20 – 45
- Ofisiant kimi iş təcrübəsinə malik olmaq
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı
- Komandada işləmək bacarığı, gülərüz olmaq
İş barəsində məlumat:
- Əmək haqqı: razılaşma yolu ilə
- İş qrafiki: 9 saat növbəli+ həftədə 1 gün istirahət
- Qidalanma gündə 1 dəfə otel tərəfindən verilir
- Ünvan: Midtown Hotel Baku, Samad Vurgun 103
Oxşar vakansiya siyahısı:
500₼
Fitness avadanlıqları üzrə Satış MəsləhətçisiLife Fitness (showroom) - “Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi” vakansiyasını elan edir. ...
1800₼
Regionlar üzrə satış müdiriİceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Satıcı-kassir
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
Satış məsləhətçisiZuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
Merçandayzer ( QUBA ərazisi üzrə)
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...