Ofisiant
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FLY INN BAKU şirkəti Ofisiant vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Servis səviyyəsində Azərbaycan, Rus və İngilis dili;
  • Micros-simphony programı bilmək üstünlükdür.
  • Xoş ünsiyyət bacarığı;
  • Gülərüz və mehriban olmaq;
  • Operativlik;
  • Tərcihən otelçilik sahəsində iş təcrübəsi
  • Nizam-intizam;
  • Komanda ilə işləmək bacarığı;
  • Dəyişkən iş qrafik və 3 növbəli işrejiminə uyğunlaşa bilmək bacarığı;
  • Səliqəli görünüm;
  • Yeniliklərə açıq olmaq

Vəzifə öhdəlikləri:

  • Mehmanananın SOP-si nəzərə alınmaqla qonaqlara xidmət göstərmək;
  • Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək;
  • Restoranın, yemək sahəsinin, funksional və ya iaşə obyektlərinin hazırlığını tamamlamaq və müəssisənin prosedurları çərçivəsində xidmət tələblərinə uyğun olaraq qonaqların rahatlığını və istirahətini təmin etmək üçün yemək mühitinə müvafiq dəyişikliklər etmək;
  • Qonaqlara menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək
  • Menyu və xidmət tələblərinə uyğun olaraq ərzağı, spirtli içkiləri və digər inqrediyentləri seçmək;
  • Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
  • Qonaqların istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək;
  • Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;

İş şəraiti:

  • 3 növbəli iş rejimi  (Növbəli iş qrafiki)
  • Əmək haqqı: 613,00 Gross (axşam və gecə növbəsinə uyğun olaraq əmək haqqına əlavə)
  • Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu “FLY INN Baku” mehmanxanası

Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində Ofisiant” qeyd etməklə hr@flyinn.az mailinə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...