Qısa məzmun
Ə/h 300 AZN. Ferrum Kapital Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarıni bilməlidir.
İş barədə məlumat:
- Ofisə edilən zənglərin, faks və elektron məktubların qəbul edilməsi, cavablandırılması
- Müştərilərin qarşılanması və qeydiyyatı
- Müştərilərə lazımı məlumatların verilməsi
- Müştəri xidmətlərinə gələn informasiyaların toplanması və problemləri araşdıraraq uyğun olan struktur bölmələrinə ötürülməsi
- Rəhbərliyə gündəlik hesabatların göndərilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
İş qrafiki
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Bazar ertəsi – Cümə: 10:00-dan 19:00-dək
- Şənbə : 10.00-dan 16.00-dək
- Əmək haqqı 300 AZN
Namizədə tələblər:
- Azərbaycan dilini əla səviyyədə bilmək (Rus dili biliyi üstünlükdür)
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Səlis və aydın nitq qabiliyyəti
- Çevik qərar vermə, detallara qarşı diqqətlilik
- Microsoft Office proqramları bilikləri
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Ofis menecer” qeyd etməklə info@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...