Ofis meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Business Insight şirkəti Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Business Insight şirkəti 1998-ci ildə fəaliyyətə başladığı dövrdən etibarən yerli və xarici şirkətləri, təşkilatları marketinq, sosial araşdırmalar və promo kampaniyalar sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin etməkdədir.

Tələblər:

  • Təhsil : Ali
  • İş təcrübəsi : 1 ildən aşağı
  • Yaş : 21 – 30 (yalnız xanım namizədlər)
  • səliqəli, xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Kollektivdə işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili;
  • Kompüter bilikləri: Ofis proqramları (Word, Excel, Outlook);
  • Ofis avadanlıqları ilə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Ofisə daxil olan telefon zənglərini nəzakətlə, peşəkar səviyyədə cavablandırması və aidiiyatı üzrə yönləndirmək;
  • Müştərilərə və şirkətin əməkdaşlıq etdiyi şirkət və təşkilatlara məktubların hazırlanıb göndərilməsini təmin etmək;
  • E-mail və yazışmaları həyata keçirmək, mailə gələn məktubları cavablandırmaq;
  • Ofis üçün zəruri olan ləvazimatları müəyyənləşdirmək və təchizatını vaxtında təmin etmək;
  • Şirkətin malik olduğu inventarların qeydiyyatını aparmaq, inventarlar üzrə nəzarəti həyata keçirmək;
  • İnzibati işlərin həyata keçirilməsinə sərf olunan maliyyə xərclərinin qeydiyyatını aparmaq və rəhbərliyə həftəlik hesabat vermək;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında yerinə yetirmək;
  • Zərurət olduğu təqdirdə digər layihələrə dəstək göstərmək.

İş şəraiti:

  • Öyrədici və inkişafa meyilli iş mühiti;
  • İş vaxtı həftədə 6 gün;
  • Iş saatı: 09:00- 18:00

Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlı olan namizədlər öz CV-lərini pustakhanim.m@businessinsight.az ünvanına “Ofis meneceri” başlığı altında göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı