Qısa məzmun
Business Insight şirkəti Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Business Insight şirkəti 1998-ci ildə fəaliyyətə başladığı dövrdən etibarən yerli və xarici şirkətləri, təşkilatları marketinq, sosial araşdırmalar və promo kampaniyalar sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin etməkdədir.
Tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən aşağı
- Yaş : 21 – 30 (yalnız xanım namizədlər)
- səliqəli, xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Kollektivdə işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili;
- Kompüter bilikləri: Ofis proqramları (Word, Excel, Outlook);
- Ofis avadanlıqları ilə işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- Ofisə daxil olan telefon zənglərini nəzakətlə, peşəkar səviyyədə cavablandırması və aidiiyatı üzrə yönləndirmək;
- Müştərilərə və şirkətin əməkdaşlıq etdiyi şirkət və təşkilatlara məktubların hazırlanıb göndərilməsini təmin etmək;
- E-mail və yazışmaları həyata keçirmək, mailə gələn məktubları cavablandırmaq;
- Ofis üçün zəruri olan ləvazimatları müəyyənləşdirmək və təchizatını vaxtında təmin etmək;
- Şirkətin malik olduğu inventarların qeydiyyatını aparmaq, inventarlar üzrə nəzarəti həyata keçirmək;
- İnzibati işlərin həyata keçirilməsinə sərf olunan maliyyə xərclərinin qeydiyyatını aparmaq və rəhbərliyə həftəlik hesabat vermək;
- Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında yerinə yetirmək;
- Zərurət olduğu təqdirdə digər layihələrə dəstək göstərmək.
İş şəraiti:
- Öyrədici və inkişafa meyilli iş mühiti;
- İş vaxtı həftədə 6 gün;
- Iş saatı: 09:00- 18:00
Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlı olan namizədlər öz CV-lərini pustakhanim.m@businessinsight.az ünvanına “Ofis meneceri” başlığı altında göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...