Ofis meneceri (Kürdəmir)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Energy Regulatory Agency Ofis meneceri (Kürdəmir) vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

  • Filialın kargüzarlıq işini aparmaq, bölməyə daxil olan sənədləri qəbul etmək, Agentlikdə  qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirmək və bölmə rəisinə təqdim etmək;
  • Filiala daxil olan sənədləri bölmə rəisinin tapşırığına əsasən iş prosesində istifadə etmək və ya cavablandırılması üçün onu icraçılara təqdim etmək və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət etmək;
  • Filialın fəaliyyəti ilə bağlı məlumatları kompüterə daxil etmək, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirmək;
  • Filialın fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görmək;
  • Telefon zənglərinin həyata keçirilmək, danışıqlar aparılmaq, rəhbərin qəbuluna gələn vətəndaşları qarşılamaq;
  • Filiala daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin etmək, hesabatlar, arayışlar və məlumatlar hazırlamaq.
  • Filialın fəaliyyəti ilə əlaqədar digər texniki işləri icra etmək.

Tələblər:

  • Ali təhsil;
  • Yaş həddi 22-30 aralığı;
  • Azı 1 il iş stajı; (dövlət qrumunda təcrübə arzu olunandı)
  • Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
  • Rus dilini bilməsi arzu olunandır;
  • Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Vakansiya üzrə müraciətin son müddəti: 8 sentyabr 2022-ci il
  • İş yeri: Kürdəmir şəhəri

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Kürdəmir filialı – Ofis meneceri) qeyd edin.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı