Qısa məzmun
Odontos LTD Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. Səlis, aydın danışıq tərzi olmalıdır.
Namizədə tələblər:
- Yaş: 23-35
- Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı;
- Səlis, aydın danışıq tərzi;
- Satış bacarığı, təqdimat qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan (əla), ingilis və rus dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi;
- Yalnız xanım namizədlər müraciət etsinlər;
İş barədə məlumat:
- Şirkətə daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
- Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən sənədlərin qeydiyyatı;
- Ofis ləvazimatlarının sifariş edilməsi və siyahı ilə yoxlanılıb, təhvil götürülməsi;
- Ofisə gələn qonaqların və müştərilərin nəzakətli qarşılanması, müvafiq işçi heyətinin oturduğu yer və ya iclas otaqlarına ötürülməsi və yönləndirilməsi, yola salınması;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirilməsi;
- İclas və görüşlərin təşkili;
- Kargüzarlıq işlərinin (sənədləşmənin) aparılması;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
İş qrafiki – həftənin 6 günü. Şənbə günü 09.00 – 14.00
Əmək haqqı: 450 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Ofis meneceri” qeyd edərək öz CV-lərini elektron ünvanına göndərməyi xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...