Qısa məzmun
Ə/h 500 AZN. Unilegal Consulting Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq
- E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmə
- Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq
- Əmək kitabçalarında qeydlər aparmaqla iş qeydiyyatını aparmaq
- Aylıq tabelin hazırlanması (davamiyyət cədvəli)
- Rəhbərlik üçün hesabatların hazırlanması
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək
- Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi
- İş saatları: 10:00-dan 18:00-dək
- Şənbə-bazar istirahət günləri
- Nahar fasiləsi 13:00-dan 14:00-dək
- Şirkət mobil telefonla təmin edir və rabitə xərclərini aylıq ödəyir
- Əmək haqqı 500 AZN
- Əmək haqqı artandır
- 1 ay sınaq müddətidir
- Mütəmadi olaraq işçinin özünün seçdiyi tədris kurslarında işinə uyğun təlimlərdə iştirakı təmin ediləcək. Xərclər şirkət tərəfindən qarşılanacaq.
Namizədə tələblər:
- Təhsil – Ali
- Xanım namizəd arzuolunandır
- intizamlı olmaq
- işə məsuliyyətli yanaşmaq
- İnsan resursları sahəsində təcrübə minimum 1 il
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli
- Ünsiyyət qurma bacarığı
- Problemləri həll etmə bacarığı
- MS Office proqramlarını bilməli
- Ünsiyyət qurma bacarığı
- Problemləri həll etmə bacarığı
- Elektron Hökümət Portalında işləməyi bilməli
Oxşar vakansiya siyahısı:
1000 — 1500 ₼
İnsan Resursları üzrə mütəxəssisNYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...