Qısa məzmun
Finance Group Accounting and Consulting MMC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Vəzifə təlimatına uyğun olar:aq rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
- Ofis daxili işlərin təşkili və nəzarəti
- E-mail və yazışmaların həyata keçirilməsi, müvafiq olaraq yönləndirilməsi
- Kargüzarlıq işlərinin görülməsi
- Kassadakı pulların gündəlik olaraq təhvil götürülməsi və aiddiyatı üzrə təslim edilməsi
- Ümumi emaillərə nəzarət, cavablandırması və yönləndirilməsi
- Gələn qonaqların qarşılanması və yönləndirilməsi və servis (cay su və kofe)
- Bəzi ofis sənədlərinin yazılması və göndərilməsi
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün icra edilməsi
- İş qrafiki: 6 günlük, saat 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- Kollektivlə işləmə bacarığı- Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək
- İş rejiminə ciddi yanaşmaq, səliqəli xarici görünüş, nəzakətli danışıq, dürüst, səmimi, məsuliyyətli və diqqətli olma və təşəbbüskarlıq qabiliyyəti
- Komandada işləmək bacarığı, öyrənməyə və inkişafa meyilli, məsuliyyətli
- Sifarişçi şirkətlərlə kommunikasiyanın qurulması və xoş münasibətin saxlanması
- Ali təhsil (İqtisadi ixtisaslara üstünlük verilir)
- MS Office proqramlarını bilməli
- Rəsmi məktubların elektron poçt və ya zərflə göndərilməsi və elektron poçtdan istifadə bacarığı
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti
- Əlavə dil biliyi müsbət qarşılanır
- Analitik düşünmə, tez qərar qəbul etmə ,yarana biləcək problemləri en qısa zamanda həll etmək bacarığı
Oxşar vakansiya siyahısı:
İnsan Resursları üzrə mütəxəssis
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
HR Team Leader
Norm OJSC HR Team Leader vəzifəsi üzrə vakansiya elan edir. ...